Dövlət Dəniz və Liman Agentliyi Bələdçi xidmətinə bələdçi vəzifəsi üzrə vakansiya elan edir.

37
Bələdçi

İş Elanı

Dövlət Dəniz və Liman Agentliyi Dəniz üzgüçülüyü əməliyyatları departamentinin Bələdçi xidməti şöbəsinə Bələdçi vəzifəsi üzrə vakansiya elan edir.

İşin təsviri :

· Yedək gəmiləri vasitəsilə gəmilərin keçirilməsi, lövbərə qoyulması, körpüyə yan alması və körpüdən ayrılması, limana daxil olan və ya limandan çıxan xarici dövlətin bayrağı altında üzən gəmilərin limanda yedək və ya öz mühərrikləri vasitəsi ilə yerdəyişməsi zamanı bələdçi xidmətinin göstərilməsi;

· Keçid vaxtı kanalların düzgün işarələnməsinə və üzən mayakların, buyların siqnal işıqlarının işlək vəziyyətində olub-olmadığının yoxlanılması;

· Liman kapitanına kanalda olan dəyişikliklər barəsində məlumat verilməsi;

· Gəmi heyətinin təhlükəsiz üzmə və ətraf mühitin mühafizəsi qanunlarının yerinə yetirilməsinə nəzarət edilməsi;

· Gəmi kapitanı tərəfindən tələblərin yerinə yetirilməməsi barəsində və təhlükəsiz üzmə qaydalarını pozması barəsində liman kapitanına dərhal məlumat verilməsi;

· Bələdçi sənədləşməsinin aparılması;

· Gəminin yanalmasına başlamazdan əvvəl gəmi kapitanına körpünün vəziyyəti, ölçüləri və mövcud dərinliklər haqqında məlumat verilməsi;

· Xidmət etdiyi liman akvatoriyasına gələn və ya çıxan gəmilərə, limanlarda naviqasiyaya nəzarət edilməsi, gəmilərin tərsanəyə qoyulması və ya çıxarılması;

· Limana gələn və ya limandan çıxan gəmilərin manevr etməsinə köməklik göstərilməsi;

· Gəmi hərəkətdə olduğu zaman riskli hal baş verdikdə, eyni zamanda qayalıqlardan, kənar sahillər və digər təhlükələrdən qorumaq üçün gəmi limana gələrkən və limandan çıxarkən gəmi kapitanına hansı marşrutla getmək barədə tövsiyyə edilməsi;

· Gəminin idarə olunmasına birbaşa təsir edən təbii amilləri nəzərə alaraq gəminin naviqasiyasının planlanması və istiqamətləndirilməsi;

Tələb olunan bilik və bacarıqlar

· Yerli cərəyanlar, doklar və körpülər, rabitə prosedurları/qaydaları, qrafiklər, naviqasiya avadanlığı,liman infrastrukturu haqqında geniş biliklər;

· Lövbərə dayanma, körpüyə yanalma, körpünü tərk etmə, yedəkli və ya yedəksiz manevretmə qaydalarını və qəza şəraitində gəminin idarə edilməsi qaydası;

· Hərəkətin bölünmə sistemində üzmə qaydaları;

· Mayakların, buyların, işarələrin, stasionar konstruksiyaların adları, mövqeyi və xüsusiyyətləri;

· Kanalın dərinliklərindən, aparılan hər hansı dibdəyişmə əməliyyatlarından, sualtı kabellər kimi maneələrdən, ərazidə mövcud olan lövbər dayanacaqlarından, gəminin idarə olunmasına birbaşa təsir edən təbii amillərdən, yerləşdirilmiş buyların real vaxt rejimində mövcüd vəziyyətinə dair məlumatlardan xəbərdar olmaq;

· Dənizçilik sahəsində yerli və beynəlxalq qanunvericiliyə dair biliklər;

· Beynəlxalq dəniz təşkilatının standart dəniz danışığı ifadələrinə dair biliklər;

· “Azərbaycan Respublikasının Ərazi sularında üzmə Qaydaları”, “Gəmilərin nəzarət yoxlanmasına dair Əsasnamə” haqqında bilik;

· Güclü şifahi ünsiyyət bacarığı;

· Dəqiqlik və məsuliyyətlilik ;

· Planlama və zamanın idarə edilməsi ;

· Stressə davamlılıq ;

· Problemləri həll etmə bacarığı;

· Operativlik;

· Çevik qərar vermə bacarığı ;

· Komandada işləmə bacarığı;

Vəzifə üzrə təcrübə: Müvafiq sahə üzrə minimum – 3 il

Təhsil və kvalifikasiyalar:

Dəniz naviqasiya mühəndisliyi ixtisası üzrə ali və ya orta ixtisas təhsili

Arzu olunan tələblər:

· Dənizçilik sahəsində beynəlxalq bilik və təcrübə;

· Kapitan və ya Baş köməkçi diplomu ;

· Rus dili (B2).

Müraciət etmə qaydaları

Maraqlanan namizədlərdən öz Cv-lərini karyera@ddla.gov.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.

Qeyd: Ehtiyatda olan “Hərbiçi dənizçi gəmi Kapitanları” mövcud vakansiyaya müraciət edə bilər

https://ddla.gov.az/karyera