27 Sentyabr – Anım Günündə Bakı Limanının əməkdaşları inşası davam edən Zəfər Parkını və Ələtdə liman ərazisində Şəhidlərimizin əziz xatirəsinə inşa edilən abidə və park kompleksini ziyarət edib.Ziyarətçilər Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda Şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib.
Qeyd edək ki, bu tarixi gün xalqımızın birlik və dayanışmasının simvolu oldu. Azərbaycanın ərazi bütövlüyünün qorunması və təmin olunması uğrunda Bakı Limanının 6 limançısı Şəhid olmuşdur.
Allah Şəhidlərimizə rəhmət eləsin!