The Sailing Federation of Azerbaijan
1 дн. ·
Azərbaycan yelkən komandası Gürcüstan Açıq Çempionatı 2024-də iştirak edir
Azərbaycan Yelkən Federasiyasının komandası Gürcüstan Açıq Çempionatı 2024 yarışlarında iştirak etmək üçün Gürcüstana yola düşüb. Komandamız bu gün artıq ilk məşqlərini uğurla başa vuraraq, qarşıdan gələn yarışlara ciddi hazırlaşır.
Komandamız Optimist sinifində Kamilla Həsənova, Ameliya Əliyeva, Yağmur Həsənli, Mansur Səmədzadə və Səma Mansurzadə, ILCA 4 sinifində isə Nəzrin Məmmədova ilə təmsil olunur. Məşqçilərimiz Seyhun Yıldız və Murad Hacı-zadənin rəhbərliyi altında idmançılarımız beynəlxalq səviyyədə müvəffəqiyyətlə çıxış etməyi hədəfləyirlər.
Gürcüstanın sahil sularında baş tutacaq bu çempionat idmançılarımız üçün öz bacarıqlarını sərgiləmək və təcrübə toplamaq baxımından mühüm əhəmiyyət kəsb edir. Komanda üzvləri yüksək motivasiya ilə Azərbaycanı layiqincə təmsil etmək üçün yarışlara hazırlaşır.
Azərbaycan Yelkən Federasiyası komandamıza bu mühüm yarışda uğurlar diləyir və yüksək nəticələr gözləyir.