Bakı Limanı ilk dəfə olaraq risklərin idarə edilməsi üzrə İSO 31000:2018 sertifikatını əldə edib

74

Bakı Limanı ilk dəfə olaraq risklərin idarə edilməsi üzrə İSO 31000:2018 sertifikatını əldə edib

Bakı Limanı logistika sektorunda ilk dəfə olaraq İSO 31000:2018 – Risklərin idarə edilməsi sertifikatı üzrə uyğunluq bəyannaməsini əldə edib. Bəyannamə beynəlxalq sertifikatlaşma sahəsində yüksək nüfuza malik, Niderlandın “Kiwa” şirkəti tərəfindən aparılmış audit nəticəsində təqdim edilmişdir.

Qeyd edək ki, İSO 31000:2018 standartı müəssisələrdə risklərin idarə edilməsi üçün prinsiplər və ümumi standartlar müəyyən edir. Bu standart riskləri və imkanları təhlil etməklə proaktiv idarəetməni, qərarların qəbul edilməsində risk əsaslı yanaşmalardan istifadəni təmin edir, korporativ idarəetmə sisteminin dayanıqlılığını artırır.