COP29 çərçivəsində Azərbaycana gələn xarici jurnalistlər gəmi-muzeydə olublar

55

COP29 çərçivəsində Azərbaycana gələn Afrikadan olan bir qrup media nümayəndəsi ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət edib.

Qonaqlar muzeyin ekspozisiya zallarını gəzərək, buradakı unikal ekponatlarla yaxından tanış olublar. Jurnalistlərə məlumat verilib ki, tanker-muzey hazırda dünyada aktual olan texniki obyektlərin təkrar istifadəsinin, yəni revitalizasiya prosesinin bariz nümunəsidir.

Media nümayəndələrinə ASCO-nun 2050-ci ilədək sıfır emissiyaya çatmaq hədəfinə nail olmaq istiqamətində gördüyü işlər və gələcək planları barədə də məlumat verilib.

Xarici jurnalistlərə həmçinin ASCO-nun Korporativ Sosial Məsuliyyət tədbirləri çərçivəsində “Suraxanı” gəmi-muzeydə ekoloji maarifləndirməyə dair həyata keçirdiyi layihələrdən, o cümlədən bugünlərdə baş tutan “Art Plast” tədbirindən də danışılıb.

Xarici media təmsilçiləri daha sonra sözügedən layihə çərçivəsində plastik, metal və digər məişət tullantılarından istifadə olunaraq hazırlanmış 5 metr uzunluğa malik balıq, eyni zamanda hər birinin hündürlüyü təxminən 2 metrdən çox olan qağayı, suiti və dəniz atı formasında hazırlanmış installyasiyalar, plastik qablardan düzəldilmiş 4 metr uzunluğu olan dünya xəritəsi installyasiyası, eləcə də istismar müddətini başa vurmuş qayıqlardan düzəldilən güldanlarla yaxından tanış olublar.

asco.az