2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təsis olunan 7 oktyabr tarixi hər il dünyada Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edilir.
Ölkəmizdə layiqli əmək milli iqtisadi və sosial siyasətin əsas hədəflərindən biridir. Bunu Ümumdünya Layiqli Əmək Günü münasibətilə keçirilən tədbirdə “Layiqli əmək – səmərəli iş, layiqli əmək haqqının, iş yerində təhlükəsizliyin, ailə üzvlərinin sosial müdafiəsinin, şəxsi inkişaf üçün daha yaxşı imkanların, sosial inteqrasiyanın, kişi və qadınlar arasında bərabər imkanların təmin edilməsidir” mövzusunda çıxış edən DDLA-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Röyal Əliyev deyib.
Agentliyin İdarə Heyətinin sədrinin müşavirləri Habil Abbasov və Eldar Məcidov bildiriblər ki, hazırda ölkəmizdə vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi və sosial ədalət prinsipinin üstünlüyü ön planda dayanır. Belə ki, Prezident cənab İlham Əliyevin “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsindən sonra bu sahədə kompleks tədbirlər həyata keçirilib və yüksək nailiyyətlər əldə olunub.
Sonda işçilərin əmək şəraitinin daha da yaxşılaşdırılması istiqamətində bır sıra təkliflər irəli sürülüb.
ddla.gov.az