Dövlət Dəniz və Liman Agentliyi Satınalma və Təchizat departamentinin Satınalma şöbəsinə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir.

19
Satınalma şöbəsinin müdiri

İş Elanı

Dövlət Dəniz və Liman Agentliyi Satınalma və Təchizat departamentinin Satınalma şöbəsinin şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir.

İşin təsviri :

• Qanunvericiliklə müəyyən edilmiş müddətdə və formada növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq edilməsini və dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsini təmin etmək, o cümlədən planın icrasına nəzarət etmək;

• “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tətbiq şərtlərindən asılı olaraq satınalma metodlarının tətbiqi ilə bağlı zəruri prosedurları həyata keçirilməsi;

• Qurum tərəfindən satınalma müsabiqəsinin elan olunmasından əvvəl mövcud normativ hüquqi sənədlərə uyğun olaraq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyənləşdirilməsini təmin edilməsi;

• Qurum tərəfindən elan edilmiş elektron satınalma prosedurlarına nəzarət etmək, malgöndərənlərin (podratçıların) satınalma proseduru barədə suallarının vaxtında və qanunvericiliyə uyğun cavablandırılmasını və satınalma prosedurlarının gedişatı barədə tender komissiyasına icmal məlumatların təqdim edilməsini, tenderin nəticələri haqqında yekun protokolun tərtib edilməsini təmin edilməsi;

• İllik satınalma planının tərtib olunmasında iştirak edərək tələbatların müəyyən olunması və təhlil edilməsi;

• Qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada satınalma müqavilələrinin imzalanmasını təmin edilməsi;

• Tələb olunan mallar, işlər və ya xidmətlərə dair bazarın araşdırılması və təhlilinin aparılmasını təmin edilməsi;

• Malgöndərənlərlə (podratçılarla) bağlanan müqavilələrin icrasına və reyestrinin aparılmasına nəzarət edilməsi;

• Fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq hesabatların hazırlanmasını icrası;

• Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;

Tələb olunan bilik və bacarıqlar

• “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi” və digər qanunvericilik aktları barədə biliklər;

• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normaları;

• Müvafiq qanunvericilik aktlarını və normaları haqqında bilik;

• Satınalma müqavilələri ilə işləmə bacarığı;

• MS Office proqramlarında işləmə bacarığı;

• Peşəkar səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;

• Dəqiqlik və məsuliyyətlilik;

• Təhlil etmə bacarığı;

• İdarəetmə bacarığı;

• Problemləri həll etmə bacarığı;

• Əməkdaşlıq bacarığı;

• Komanda işinin təşkili və nəzarəti;

• Stresə davamlılıq.

Vəzifə üzrə təcrübə: Müvafiq sahə üzrə minimum – 5 il

Dövlət satınalmaları və təchizat vəzifəsi üzrə müəssisələrdə peşəkar iş təcrübəsi.

Təhsil və kvalifikasiyalar:

– Təchizat və satınalmalar, İqtisadiyyatın tənzimlənməsi, mühasibat uçotu və audit, iqtisadiyyatın hüquqi tənzimlənməsi və ya digər iqtisadi ixtisaslar üzrə ali təhsil;

– Dövlət satınalmaları üzrə sertifikat;

– CİPS üzrə sertifikat.

Dil bilikləri:

Azərbaycan dili (səlis) və İngilis dili (B2)

Arzu olunan tələblər:

– Əməyin təşkilinin, istehsalatın və idarəetmənin əsasları;

– Təchizat və satınalmalar üzrə beynəlxalq və yerli sertifikatların və dərəcələri;

– Rus dili (B2).

Müraciət etmə qaydaları

Maraqlanan namizədlərdən öz Cv-lərini karyera@ddla.gov.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.

Souirce:https://ddla.gov.az/karyera?fbclid=IwY2xjawF2A3BleHRuA2FlbQIxMAABHdE0oLrOvWxs6HuaMC4aT8vYihb8z9sGJJibuzrbJY4AIWlSWoUHOJRNAQ_aem__teoZTjRB2T13OsPvxIYZg