Türkiyə şirkəti Somalidə yeni liman tikəcək

25

Türkiyənin “Metag Holding” şirkəti “Hobyo İnvestment” ilə birlikdə bu ilin dekabrında Somalidə yeni limanın tikintisinə başlamağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki, “Metag Holding” şirkətinin sözçüsü Mohammed Ali Varsamein limanın üç ildən sonra istifadəyə hazır olacağını bildirib. 

Layihənin birinci mərhələsində iki şirkətin birgə investisiyası 70 milyon dollar təşkil edəcək.

Liman Qalmuduq bölgəsində yerləşəcək və Efiopiyaya yaxın olacaq.

Mohammed Ali Varsamein sözlərinə görə, yeni liman qonşu ölkələrlə potensial işgüzar əlaqələrin qurulmasına təkan verəcək.