ADDA və ATU alimlərinin birgə layihəsi Azərbaycan Elm Fondunun “Əsas Qrant Müsabiqəsi- 2024″ün qalibləri sırasında yer alıb

15

Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmiqayırma və gəmi təmiri” kafedrasının və Azərbaycan Texniki Universitetinin “Maşınqayırma texnologiyası” kafedrasının alimlərinin “Rəqəmli proqramla idarə olunan dəzgahlarda iqtisadi emal şərtlərinin texnoloji təminatı” adlı layihəsi Azərbaycan Elm Fondunun elan etdiyi “Əsas Qrant Müsabiqəsi- 2024”ün qaliblərindən olub. 

Layihə Fizika, riyaziyyat və texnika elmləri sahəsinin Gəmiqayırma, gəmi təmiri tехnоlоgiyası və gəmiqayırma istеhsalının təşkili (1-11-01), Maşınqayırma tехnоlоgiyası (1-06-05), Maşınlar, aqrеqatlar və prоsеslər (1-06-07), Standartlaşdırma və məhsulun kеyfiyyətinin idarə оlunması (1-06-10), Mехaniki və fiziki-tехniki еmal prоsеslərinin tехnоlоgiyası və avadanlıqları (1-07-01), Riyazi mоdеlləşdirmə (1-15-12) istiqamətləri üzrə fundamental-tətbiqi xarakter daşıyır.

200 min manat dəyərində layihənin maliyyələşdirilməsi 2024-2026-ci illərdə Azərbaycan Elm Fondunun büdcə vəsaiti hesabına həyata keçiriləcək.

Qeyd edək ki, qrant müsabiqəsi  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bu ilin 14 martında elan edilmişdi.