ASCO rəhbərliyi Türkiyədə “Natəvan” quru yük gəmisinə baş çəkib

20

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev, eləcə də şirkətin digər rəhbər şəxsləri Türkiyənin “Zeyport” limanında “Natəvan” quru yük gəmisinə baş çəkiblər.

Səfər zamanı ASCO rəhbərliyi gəminin cari istismar vəziyyəti, ona texniki qulluğun təşkili ilə yerində tanış olub və gəminin effektiv idarə edilməsinə dair heyətə müvafiq tapşırıqlarını verib.

Sədr əməkdaşlarla səmimi söhbət edərək onların problemlərini və çətinliklərini öyrənib, eyni zamanda şirkətin dəniz əməliyyatlarının davamlı təhlükəsizliyini və səmərəliliyinin təmin edilməsində dənizçilərin üzərinə düşən vəzifə və öhdəliklərlə bağlı müzakirələr aparıb.

Görüşdə dənizçilər fikir və təkliflərini, eləcə də onları maraqlandıran suallarını səsləndiriblər. Heyət üzvləri yaradılan şəraitə görə təşəkkür edib, bundan sonra da tapşırıqların icrasını qüsursuz yerinə yetirmək üçün səylə çalışacaqlarını bildiriblər.