Bakı Limanında bir sıra Ərəb ölkələrinin səfirləri ilə görüş keçirilib

2

Bugün Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistan, Mərakeş Krallığı, İordaniya Krallığı, Fələstin Dövlətinin Azərbaycandakı səfirləri Bakı Limanına səfər edib. Səfər zamanı Bakı limanının Baş direktoru Taleh Ziyadov qonaqlara limanın qovşaq konsepti, inkişaf fazaları üzrə planları, Böyük İpək yolunun inkişafindakı rolu, dayanıqlılıq ilə bağlı strategiyaları barədə məlumat verib. Baş Direktor həmçinin liman gənc əməkdaşları və burada onlara yaradılan inkişaf imkanları barədə də məlumat qonaqları məlumatlandırıb.

Qonaqlarla ticarətin inkişafında limanın gələcək perspektivləri, Yaşıl liman strategiyası haqqında müzakirələr aparılıb. Səfər iştirakçıları limanın terminalları, burada gedən iş prosesi, infrastruktur imkanları ilə də tanış olublar.

Mənbə:https://www.facebook.com/BakuSeaTradePort