Çin gəmiqayrıma sahəsində liderliyini qorumaqda davam edir

13

Dünya üzrə tikilib təhvil verilən gəmilərin yarısı (yeni sifarişlərin3/4 hissəsi və yeni gəmilərin tikintisi üçün bağlanan müqavilələrin 2/3 hissəsi) Çinin gəmiqayırma zavodlarının payına düşür.

“Seanews.az” xəbər verir ki, bu barədə Çinin Gəmiqayırma Sənayesi Assosasiyasından bildirilib.

Assosasiyadan qeyd olunub ki, geridə qalan 9 ayın nəticələrinə əsasən, yeni gəmilərin inşasında innovasiyaların tətbiqində ciddi inkişaf müşahidə edilir. Bu, layihələndirmədən başlayaraq tikintinin bütün mərhələlərində, eləcə də yardımçı xidmətlərdə özünü göstərir.

Assosasiyadanın açıqlıamasında hazırda yüksək sinifli ekoloji gəmilərə keçidin sürətləndirildiyi, bunun isə gələcəkdə quru yük, tanker və konteyner daşıyan gəmilərin qiymət artımına təsir göstərəcəyi də bildirilib.