COP29 ilə bağlı ölkəmizə gələn jurnalistlər bir çox hallarda Bakı Limanına da səfər edir. Bu səfərlərdən biri də bu gün baş tutmuşdur. Braziliya, Argentina və Çilidən olan bir qrup junalist limanda olub, onlara limanın karbon emisiyasının sıfıra endirilməsi strategiyası, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ,bərpaolunan enerji layihələri, korporativ sosial məsuliyyət layihələri və Yaşıl Liman strategiyası barədə məlumat verib. Jurnalistlər limanın terminallarını və buradakı iş prosesini müşahidə ediblər. Sonda isə xatirə fotosu çəkilib.
Mənbə:https://www.facebook.com/BakuSeaTradePort