Klaypeda limanının baş direktoru Algis Latakas Bakı Limanına səfər edib

58

Klaypeda limanının baş direktoru Algis Latakasasın və Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçiusun başçılıq etdiyi nümayəndə heyəti Bakı Limanına səfər edib. Səfər edən nümayəndə heyətinə Bakı Limanının İpək Yolunun və qeyri neft sektorunun inkişafındakı rolu, dayanıqlılıq və karbon emissiyasının sıfıra endirilməsi strategiyaları, tarixi inkişaf yolu və.s barədə məlumat verilib və verilən sualları cavablandırılıb. Bundan başqa qonaqlar limanın terminallarını gəzərək buradakı iş prosesi ilə tanış olublar həmçinin onlara infrasturuktur layihələri barədə məlumat verilib.

İki ölkə arasında biznes əlaqələrinin möhkəmlənməsi məqsədi daşıyan görüş zamanı Litvanın Klaypeda və Bakı Limanı arasında ola biləcək bilik və təcürbə mübadilələri barədə də müzakirələr aparılıb.

Mənbə:https://www.facebook.com/BakuSeaTradePort