2024-cü ilin sentyabr ayında Türkiyə limanları 30 milyon 878 min 569 ton yük qəbul edib.
“Seanews.az” xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 710 min 506 ton təşkil edib.
Məlumatda o da qeyd olunub ki, ötən ay Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 28 milyon 168 min 63 ton olub