Çinin liman avadanlıqları istehsal edən şirkətinə məxsus gəmidəki kran Tayvan limanında sahildə olan yükləmə kranının üzərinə aşıb.
“Seanews.az” xəbər verir ki, hadisə gəmi limana 2 yeni kran gətirərkən baş verib.
Kranın aşması nəticəsində limanda olan iki konteyner və anqar da zədələnib.
Ümumilikdə hadisə 9.3 milyon dollar zərərə səbəb olub.