Oktyabr ayının 16-da “United Alliance Group”da dənizçilər üçün növbəti “Açıq qapı” günü keçirilib.

41

Görüşdə “GN Group” şirkətinin insan resursları üzrə baş mütəxəssisi Yasin Ayaz və “UAG CREW” şirkətinin direktoru Nurlan Süleymanov iştirak edərək dənizçilərlə təcrübələrini bölüşüb və onları maraqlandıran sualları cavablandırıblar.

Görüş zamanı dənizçilərin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə şirkətin Beynəlxalq Ticarət Gəmiçilik bayrağı altında üzən gəmilərdə işə düzəlmə prosesində təmənnasız vasitəçilik(crewing) xidmətindən bəhs edilərək hazırda mövcud olan iş vakansiyaları barədə məlumat verilib. Qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı dənizçilərin seçiminin aparılmasına imkan yaranacağı qeyd olunub.

“Açıq Qapı” layihəsinin mütəmadi keçirilməsində məqsəd dənizçilərin sosial rifahını artırmaq, qabaqcıl ölkələrin dənizçilik təcrübəsindən yararlanaraq peşə və kvalivikasiya standartları yüksək mütəxəssislərin öz təcrübələrini dənizçilərlərlə bölüşməsinə imkan yaratmaq, işə düzəlmə prosesində şəffaflığın təmin olunmasından ibarətdir.

Qeyd edək ki, “Açıq qapı” 18 oktyabr tarixinə qədər davam edəcək.

Görüşdə iştirak etmək istəyən dənizçilər öz CV nümunələri ilə saat 11:00-da ofisimizə yaxınlaşa bilərlər. CV nümunəsi olmayan dənizçilər ödənişsiz CV hazırlama xidmətimizdən yararlana bilərlər.

Contact: +994 512771931

Address: Yusif Vəzir Çəmənzəminli Street 1996, Afen Plaza, 2nd floor, Room 4

📱Our Social Media:

WhatsApp: https://uagltd.com/wp

Telegram: https://uagltd.com/tg

Facebook: https://uagltd.com/fb

Instagram: https://uagltd.com/inst

LinkedIn: https://uagltd.com/lnkdn

TikTok: https://uagltd.com/tiktok