Bakı Limanı tərəfindən, “Xəzərin Mavi Üfüqləri” adlı İkinci Seminarı İsveçrənin Bern şəhərində təşkil olundu. Azərbaycan Respublikasının İsveçrə və Lixtenşteyn səfirliyi ilə birgə və “SOCAR Trading”-in sponsorluğu ilə həyata keçirilən bu tədbir, İsveçrə, İtaliya və Azərbaycandan gələn aparıcı ətraf mühit ekspertlərini bir araya topladı.
Seminarın məqsədi Xəzər Dənizi hövzəsində iqlim dayanıqlığını artırmaq və məlumat əsaslı dayanıqlılığının strategiyasını inkişaf etdirməkdir. Birgə, akvakultura və ekosistem dayanıqlığı kimi vacib mövzuları və bu mövzularda, Bakı Limanının həssas yanaşması və rolu da vurğulanıb.
Seminarda, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı və Lixtenşteyn Knyazlığındakı Fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov, Bakı Limanını təmsil edən ətraf mühit üzrə ekspert Elnur Səfərov, “Azerbaijan Fish Farm“ LLC -dən Elşad Rzayev həmçinin Boloniya Universiteti, İsveçrə Federal Texnologiya İnstitutundan professorlar, və bir neçə qurumdan mövzu üzrə ekspertlər iştirak etmişdir.
Qeyd edək ki, ilk seminar 10-11 iyun tarixində ADA universitetində baş tutmuşdu. İki gün davam edən seminarda 12 ölkənin 15 aparıcı universiteti və akademik qurumlarından 30-dan çox görkəmli alim və tədqiqatçı də daxil olmaqla 100-ə yaxın iştirakçı müxtəlif tematik panellərində iştirak etmişdir. İştirakçilar arasında COP29-un prezidenti Muxtar Babayev, Bakı Limanı Baş direktoru Taleh Ziyadov, COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai və.s kimi sahə üzrə önəmli şəxlər var idi.
Mənbə:https://www.facebook.com/BakuSeaTradePort