Yunanıstanda bu gün və sabah üçün elan edilən 48 saatlıq tətil səbəbindən dəniz nəqliyyatının fəaliyyəti dayanıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Panhellenik Dəniz Federasiyasının çağırışı ilə dəniz nəqliyyatı işçiləri bu gün və sabah 48 saatlıq tətil etmək qərarına gəliblər.
Tətillə əlaqədar bütün gəmilər limanlara gətirilib və dəniz nəqliyyatının fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, bu tətil vasitəsilə dənizçilər hökumətdən tələblərini dilə gətirəcəklər.