Panama kanalında gəmilərin gözləmə müddəti azalıb

11

Panama kanalı şiddətli quraqlığa görə tranzit daşımaların kifayət qədər azalmasına baxmayaraq, 2024-cü maliyyə ilində bir sıra müsbət nəticələr əldə edib.

“Seanews.az” “Asia Cargo News”-a istinadən xəbər verir ki, 2023-cü maliyyə ili ilə müqayisədə qazanılan bəzi nailiyyətlər barədə Panama kanalının inzibatçısı Ricaurte Vaskes Morales danışıb.

Qurum rəsmisinin sözlərinə görə, xüsusən də gəmilərin kanaldan keçməsi üçün gözləmə müddəti 1% azalıb. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə orta hesabla təxminən 15 saat azdır. Bundan əlavə, gəminin birinci şlüzə çatdığı andan sonuncudan çıxmasına qədər olan keçid müddəti 1% (-0,89 saat) azalıb.