Oktyabr 26-da Bakı Gəmiqayırma Zavodunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Kiçik addımlarla böyük fərq yarat, ağac ək!” şüarı altında ağacəkmə aksiyası təşkil olunub.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, millət vəkili Aydın Hüseynov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov, Bakı Gəmiqayırma Zavodunun İdarə Heyətinin sədri Elşad Nuriyevin və zavod kollektivinin iştirakı ilə keçirilən aksiya zamanı 1 hektar ərazidə müxtəlif növ ağaclar əkilib.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd təbiətə və yaşıllıqlara qayğı ənənələrini davam etdirmək, ekoloji tarazlığın bərpası və ətraf mühitin qorunmasına dəstək göstərilməsidir.
Mənbə:https://www.facebook.com/bakushipyard