Cari ilin əvvəlindən bəri Jayık çayından Xəzər dənizinə 16,7 milyard kubmetr su axıdılıb.
AZƏRTAC bu barədə Qazaxıstan Respublikasının Su Təsərrüfatı və Suvarma Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.
Nazirliyin rəsmi nümayəndəsi Moldir Abdualiyevanın qeyd etdiyi kimi, ilin əvvəlindən nazirliyin nümayəndələri Rusiya, Çin və Mərkəzi Asiya ölkələrindən olan həmkarları ilə transsərhəd çaylar məsələlərinə dair 28 görüş keçiriblər. O əlavə edib: “Daşqın dövründə suyun həcminin tənzimlənməsi ilə bağlı danışıqlar gücləndirilmiş iş rejimində aparılacaq”.