IMO-nun baş katibi Qırmızı dəniz ölkələrinə səfər edib

44

Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominqes qlobal ticarəti pozan hücumları dayandırmaq üçün Qırmızı dəniz ölkələrinə səfər edib.

Allmarinenews xəbər verir ki, Arsenio Dominqes mövcud vəziyyəti müzakirə etmək və husilərin hücumlarından zərər çəkmiş gəmiçilik azadlığına və dənizçilərə dəstəyini ifadə etmək üçün Qırmızı dəniz regionundakı ölkələrə bir sıra səfərlərini yekunlaşdırıb.

Dominqes səfərdən sonra verdiyi açıqlamada bildirib ki, Qırmızı dənizdə gəmilərə və dənizçilərə qarşı davamlı hücumlar günahsız insanların həyatını təhlükə altına qoyur, bütün dəniz sektorunu və qlobal iqtisadiyyata təsir edir. Beynəlxalq gəmiçilik dünya mal ticarətinin təqribən 80%-ni həyata keçirir və Qırmızı dəniz əsas gəmiçilik marşrutlarından biridir. Bütün ölkələr beynəlxalq daşımalarda fasilələrdən təsirlənir:

“Bundan ən çox təsirlənən region ölkələri Cibuti, Misir, Oman, Səudiyyə Ərəbistanı və Yəməndir. Mən bu ölkələrə səfər etdim və hökumət nümayəndələri ilə vəziyyəti müzakirə etdim və IMO-nun onlara əlavə dəstək göstərə biləcəyini qiymətləndirdim”-dey, baş katib bildirib.