Çin Xalq Respublikasının Antarktidaya sayca 41-ci ekspedisiyası noyabrın 2-də Quançjou şəhərindəki (Cənubi Çinin Quandun əyaləti) Nanşa limanından yola düşüb.
Bu barədə “Seanews.az” “Sinxua”-ya istinadən xəbər verir.
Təxminən yeddi ay davam edəcək ekspedisiyada üç gəmi iştirak edir. Bunlar “Xuelong” və “Xuelong-2” tədqiqat buzqıran gəmiləri, həmçinin “Yongsheng” yük gəmisidir.