Belçika Krallığının Baş naziri Bakı Limanına səfər edib

48

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29 Azerbaijan) çərçivəsində ölkəmizdə səfərdə olan, Belçika Krallığının Baş naziri Alexander De Croonun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı limanında olub. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin də iştirak etdiyi görüşdə karbon emissiyası sıfıra endirilməsi, dənizçilik sektorunda iqlimə zərər vuran təsirlərin minimallaşdırılması və limanın dayanıqlı inkişaf həlləri barədə müzakirələr aparılıb. Belçikanın Azərbaycandakı səfiri Jyulen de Frepon, həmçinin dəniz xidmətləri və dibdərinləşdirmə sahəsində təcrübəli şirkət olan “Jan De Nul” un rəhbər şəxslərini də iştirak etdiyi görüşdə, Belçika limanları ilə Bakı Limanı arasında növbəti əməkdaşlıq və təcrübə mübadilə imkanlarının artırılması kimi qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Sonda isə qonaqlar liman terminalları və buradakı texnoloji yeniliklərə uyğun iş prosesi ilə tanış olublar.

Qeyd edək ki, hazırda Bakı Limanının Belçikanın Antverp Limanı ilə əməkdaşlığı mövcuddur.