Bakı Limanı COP29-da “Limanlar: Dekarbonizasiya və Dayanıqlılıq üçün bir keçid nöqtəsi” adlı panel diskussiyasında iştirak edib

30

Bakı Limanının Baş Direktoru Taleh Ziyadov, Beynəlxalq Limanlar Assosiasiyası (IAPH) və Beynəlxalq Dəniz Təşkilatının (IMO) rəamiləri ilə COP29-da, “Limanlar: Dekarbonizasiya və Dayanıqlılıq üçün bir keçid nöqtəsi” adlı birgə panelində iştirak edib.

Çıxışı zamanı O, dayanıqlı liman əməliyyatları, bərpa olunan enerji layihələri, karbon izini daha da azaltmaq üçün günəş panellərindən istifadə və dekarbonizasiya barədə görülən işlər haqqında fikirlərini bölüşüb.