“Evergreen” yeni inşa etdirəcəyi konteyner gəmiləri üçün 6 tərsanədən təklif gözləyir

29

“Evergreen” 24 min TEU-luq 11 ədəd konteyner gəmisinin tikintisini həyata keçirmək üçün tərsanə axtarır.  

“Seanews.az” xəbər verir ki, şirkət bununla bağlı “Samsung”, “Hyundai”, “Hanwha”, “Jiangnan”, “Hudong-Zhonghua”, “Imabari” gəmiqayırma zavodlarından təklif gözləyir.

Qeyd edək ki, “Megamax” kimi tanınan konteyner gəmilərinin 2029-cu ilədək təhvil veriləcəyi gözlənilir. İlkin hesablamalara əsasən, gəmilərin hər biri 265 milyon dollara başa gələcək.