Peruda Çin şirkətinin tikdiyi dəniz limanının açılışı olub

23

Peruda Çinin “Cosco Shipping” dövlət gəmiçilik şirkəti tərəfindən inşa olunan dəniz limanının açılışı olub.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, açılış mərasimində ÇXR Sədri Si Cinpin və Peru Prezidenti Dina Boluarte iştirak ediblər. Bir milyard dollarlıq layihə paytaxt Limadan təxminən 80 kilometr şimalda yerləşir. Yeni liman Şanxaya gediş müddətini təxminən 23 gün qısaldacaq.

“Cosco Shipping” limanın 60 faizinə, Perunun “Volcan Compania Minera” qrupu isə 40 faizinə sahibdir. Eyni zamanda, Çin şirkətinə limandan eksklüziv istifadə imkanı yaradılıb.

Argentinalı logistika mütəxəssisi Barletti “El Cronista” qəzeti üçün yazdığı məqalədə Çinin perulular üçün liman deyil, Peruda Çin limanı tikdiyini bildirib.