“CMA CGM” alternativ yanacaqlarla işləyəcək 131 gəminin tikintisi üçün 18 milyard dollar ayırıb

54

“CMA CGM” nəqliyyat və logistika qrupunun 2024-cü ilin üçüncü rübü üçün gəliri 15,8 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,5% çoxdur.

“Seanews.az” qrupun rüblük hesabatına istinadən xəbər verir ki,  buna əsasən gəmiçilik seqmenti hesabına nail olunub.

Nəzərdən keçirilən rüb üçün qrupun EBITDA-sı 5 milyard dollar, mənfəəti 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14 bənd artaraq 31,4% təşkil edib.

Ümumilikdə, 2024-cü ilin iyul-sentyabr aylarında “CMA CGM”-nın donanması 6 milyon TEU (+5,5%) daşımışdır.

İyul-sentyabr aylarında daşımadan 10,9 milyard dollar gəlir əldə olunub ki, bu da 2023-cü ilin üçüncü rübündən 43,4% çoxdur.  EBITDA 4,4 milyard dollar, hər TEU üçün orta gəlir 1798 dollar təşkil edib.

Hesabat dövründə logistik əməliyyatlardan əldə edilən gəlir 2023-cü ilin üçüncü rübündən qazanılan gəlirdən 32,8% çox olub və 459 milyon dollar təşkil edib.

Ətraf mühitə dair öhdəliklərini yerinə yetirən “CMA CGM” alternativ yanacaqlarla (biometan, biometanol və sintetik yanacaqlar) işləyəcək 131 gəminin tikintisi üçün 18 milyard dollar ayırmışdır. Bu ekoloji cəhətdən təmiz konteyner gəmilərinin 2028-ci ilədək istismara verilməsi planlaşdırılır. Qaz mühərriki yanacağı (LNG, biometan, elektrometan) ilə işləyən on iki gəmi 2024-cü ilin üçüncü rübündə “CMA CGM”-nın donanmasına qoşulub.

Həmçinin hesabat dövründə “CMA CGM Group” tullantıların idarə olunması qrupu “SUEZ” ilə Avropada biometan istehsalının artırılması və dəniz nəqliyyatının aşağı karbonlu enerjiyə keçməsi üçünmemorandum imzalayıb. Sənəd 2030-cu ilə qədər ildə 100 min tona qədər biometan istehsalını nəzərdə tutur.