Dövlət Dəniz və Liman Agentliyi Limanlar və dəniz əməliyyatları bazaları ilə iş şöbəsinə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

17

Limanlar və dəniz əməliyyatları bazaları ilə iş şöbəsinə Aparıcı mütəxəssis

İş Elanı

Dövlət Dəniz və Liman Agentliyi Limanlar və dəniz əməliyyatları bazaları ilə iş şöbəsinə Aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İşin təsviri :

· Normativ sənədlərin və rəylərin ilkin mətnlərinin hazırlanması;

· Azərbaycan Respublikasında fəaliyyət göstərən dəniz limanlarının Dəniz Limanları Reyestrinin aparılması;

· Dəniz limanları və digər dəniz nəqliyyatı obyektləri üzrə məlumatların toplanması, bu məqsədlə yerlərdə araşdırmaların aparılması, müvafiq sorğuların verilməsi üzrə məlumatların toplanılması;

· Gəmi mülkiyyətçisi və gəmi heyəti tərəfindən, həmçinin dəniz limanları tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə riayət edilməsi vəziyyətinin təhlilində iştirak edilməsi;

· Dəniz Limanları Reyestrində qeydiyyata alınmış dəniz limanlarına dair məcburi qaydaların ilkin layihələrinin işlənib hazırlanması;

· Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən limanların və liman infrastrukturuna malik dəniz nəqliyyatı obyektlərində dövri və növbədənkənar yoxlamaların həyata keçirilməsi;

· Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən limanların və liman infrastrukturuna malik dəniz nəqliyyatı obyektlərində dövri və növbədənkənar yoxlamalara dair hesabatların hazırlanması;

· Dövlət proqramlarına və inkişaf konsepsiyalarına dair şöbənin fəaliyyət istiqaməti üzrə təkliflərin verilməsində iştirak edilməsi;

· Azərbaycan Respublikasında limanların sabit fəaliyyətinin təmin olunması üçün mövcud vəziyyətin öyrənilməsi və təhlilində iştirak edilməsi;

· Şöbəyə daxil olan müraciətlərin araşdırılması və vaxtında cavablandırılması;

· Liman və digər dəniz nəqliyyatı obyektlərinin tikintisi, yenidənqurulması və rekonstruksiyası ilə əlaqədar şöbəyə təqdim edilmiş layihələrə müvafiq rəyin verilməsi;

· Hidrotexniki qurğuların uçotunun aparılmasında iştirak edilməsi;

· Statistik məlumatların toplanması, ümumiləşdirilməsi və təhlilinin aparılması;

· Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq digər vəzifələrin icrası.

Tələb olunan bilik və bacarıqlar

· Limanlara dair yerli və beynəlxalq qanunvericiliyə dair biliklər;

· Qanunvericiliyin təhlili və analizi bacarığı;

· Liman infrastruktur obyektlərinin uyğunluq göstəricilərinin yoxlanılması bacarığı;

· MS Office proqramlarında işləmə bacarığı;

· Şifahi və yazılı ünsiyyət bacarığı;

· Dəqiqlik və məsuliyyətlilik;

· Təhlil etmə bacarığı;

· İngilis dili – yaxşı

· Rus dili – yaxşı

· Komandada işləmə bacarığı;

Vəzifə üzrə təcrübə: Müvafiq sahə üzrə – 2 il

Təhsil və kvalifikasiyalar:

Dəniz hüququ, Dəniz texnikası və texnologiyası mühəndisliyi, Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi və ya Dəniz naviqasiya mühəndisliyi ixtisasları üzrə ali təhsil

Arzu olunan tələblər:

Dənizçilik sahəsində beynəlxalq sertifikatlar və biliklər

Müraciət etmə qaydaları

Maraqlanan namizədlərdən öz Cv-lərini karyera@ddla.gov.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.

ddla.gov.az