Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Çinin Sian Beynəlxalq Liman İdarəetmə Komitəsinin Baş katibi Sun Yiminlə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Sian Limanı ilə Azərbaycan Dəmir Yolları (ADY) və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
“Sevindiricidir ki, noyabrın 24-də Azərbaycan-Çin ticarət əlaqələri tarixində ilk dəfə olaraq ixrac yükləri Bakıdan dəmiryolu nəqliyyatı ilə Çinə yola salındı”, – deyə nazir R.Nəbiyev bildirib.