Sayma kanalında naviqasiya vaxtından əvvəl başa çatıb

42

Sayma kanalının istismarına cavabdeh olan Finlandiya və Rusiya rəsmiləri bu kanaldan gəmilər hərəkət etməməsi səbəbindən naviqasiyanı vaxtından əvvəl dayandırmaq qərarına gəliblər.

“Seanews.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın Nəqliyyat və Rabitə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, bu yay Sayma kanalının Finlandiya və Rusiya komissarları qərara almışdılar ki, bu strukturda gəmiçilik mövsümü 24 iyunda başlayacaq və 31 dekabr 2024-cü ildə başa çatacaq.

Sayma kanalı 2063-cü ilə qədər Rusiya hissəsini icarəyə götürən Finlandiyanın ən mühüm nəqliyyat arteriyası hesab olunur.

Sayma gölü ilə Baltik dənizini birləşdirən Sayma kanalı 2060-cı ilə qədər icarəyə verilir. Finlandiya Rusiyaya bütün müəyyən edilmiş ödənişləri ödəməyə davam edir, lakin bu kanalda gəmilər hərəkət etçir.