2024-cü ilin üçüncü rübündə Gürcüstanın dəniz limanlarına 412 gəmi daxil olub

18

Gürcüstanın liman və terminalları 2024-cü ilin üçüncü rübündə 4,2 milyon ton yük aşırıb ki, bu da 2023-cü ilin analoji dövrü ilə müqayisədə 13,6% çoxdur.

Bu barədə “Sputnik” ölkənin milli statistika xidmətinin məlumatlarına istinadən xəbər verir.

Aşırılmış yüklərin 44,8 faizini ümumi yüklər, 36,1 faizini maye yüklər, 19,1 faizini isə toplu yüklər təşkil edib.

Ümumilikdə, cari ilin iyul-sentyabr aylarında Gürcüstanın liman və terminallarına 412 gəmi daxil olub ki, bunun da 34,2%-i ümumi yük gəmiləri, 31,3%-i maye yükdaşıyanlar, 24%-i konteyner gəmiləri, 10,5%-i isə ixtisaslaşmış, yedək və sair gəmilər olub.

Bu dövrdə Gürcüstan limanları və terminalları 42,9% çox ixtisaslaşdırılmış gəmilər, 8,4% çox maye yük gəmiləri, 2,2% çox ümumi yük gəmiləri və 18,2% az konteyner gəmiləri qəbul edib.