İnformasiya təhlükəsizliyi üzrə Mütəxəssis
İş Elanı
Dövlət Dəniz və Liman Agentliyi İnformasiya təhlükəsizliyi üzrə Mütəxəssis vəzifəsinə vakansiya elan edir.
İşin təsviri :
• Şəbəkə təhlükəsizliyi avadanlıqlarının və sistemlərinin monitorinqinin edilməsi;
• Şəbəkə təhlükəsizliyi avadanlıqlarında və sistemlərində optimizasiya işlərinin aparılmasında dəstəyin göstərilməsi;
• İnformasiya təhlükəzisliyi sistemlərinin dəstəklənməsi, həmçinin hücumlara, müdaxilələrə və qeyri-qanuni fəaliyyətlərə nəzarət edilməsi;
• Nüfuz testinin (Penetration testing) tətbiqi ilə mövcud olan boşluqların və zəifliklərin aradan qaldırılması əməliyyatlarının həyata keçirilməsində dəstəyin göstərilməsi;
• Kibertəhlükəsizlik pozuntuları ilə bağlı insidentlərin aradan qaldırılması;
• Agentlik daxili əməkdaşlarının İnformasiya təhlükəsizliyi, insidentləri və təhdidləri üzrə məlumatlandırılması;
• İnformasiya təhlükəsizliyi insidentlərinin idarə olunması, informasiya təhlükəsizliyi hadisələrinin monitorinqi, insidentlərin aşkarlanması və araşdırılması;
Tələb olunan bilik və bacarıqlar
• İnformasiya təhlükəsizliyi üzrə monitorinq, aşkaretmə, Loqları analiz və təhlil etmək, və təhqiqat üzrə biliklər (“Computer forensics” “Network forensics”);
• İnformasiya texnologiyalarının müvafiq sahələri üzrə bilik;
• Şəbəkə təhlükəsizliyi, IDS/IPS, şəbəkə protokoları (TCP/IP) haqqında biliklər;
• Mühafizə texnologiyalarına SIEM,SOAR,WAF,Next Generation Firewall (Fortinet/Paloalto),PAM,DLP,Antivirus,EDR,XDR və.s) dair biliklər;
• Server avadanlıqları ilə işləmə bacarığı;
• İşgüzar ünsiyyət bacarığı;
• Dəqiqlik və məsuliyyətlilik;
• Məxfilik, diqqət və təhliletmə bacarığı;
• Riyazi təhlil bacarığı;
• Analitik düşünmə;
• Stresə davamlılıq;
• Problemləri həll etmə bacarığı;
• Komandada işləmə bacarığı.
Vəzifə üzrə təcrübə: İnformasiya Təhlükəsizliyi sahəsində minimum – 2 il
Təhsil və kvalifikasiyalar:
– İnformasiya texnologiyaları və ya Kibertəhlükəsizlik ixtisasları üzrə ali təhsil və ya İnformasiya Təhlükəsizliyi sahəsi üzrə müvafiq sertifikatların olması.
Arzu olunan tələblər:
– ISSP, CISA və CompTIA Security sertifikatların olması arzuolunandır
– Azərbaycan dili (səlis) və İngilis dili (B1)
Müraciət etmə qaydaları
Maraqlanan namizədlərdən öz Cv-lərini karyera@ddla.gov.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
ddla.gov.az