COP29-da Nəqliyyatda Dekarbonizasiya : Aviasiya, Dəniz və Quru üçün Siyasətlər və Strategiyalar mövzusunda yan tədbir keçirilib

10

2024-cü il noyabrın 20-də COP29 çərçivəsində Beynəlxalq Dəniz Təşkilatı (IMO), Beynəlxalq Mülki Aviasiya Təşkilatı ( ICAO ) və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasınıniştirakı ilə  Nəqliyyatda Dekarbonizasiya : Aviasiya, Dəniz və Quru üçün Siyasətlər və Strategiyalar mövzusunda yan tədbir keçirilib.

Allmarinenews xəbər verir ki, yan tədbirdə Birləşmiş Millətlər Təşkilatında nəqliyyatın üç sütununun ambisiyaları dəniz, hava və daxili nəqliyyat yolu ilə daşınmalarda koordinasiyada dayanıqlı nəqliyyat və mobilliyə, o cümlədən aşağı və sıfır karbon hərəkətliliyinə nail olmaq müzakirə edilib.

Beynəlxalq  Dəniz Təşkilatı konfransda gəmiçilikdə İXQ emissiyalarının azaldılması və Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyi üzrə öhdəliklərini nümayiş etdirib.

Tədbirdə çıxış edən IMO-nun Baş Katibi Arsenio Dominqes iştirakçılara bildirib ki, beynəlxalq gəmiçilik beynəlxalq ticarətin 80%-dən çoxunu əhatə edir və IMO-nun ilk iqlim qaydaları qüvvəyə mindikdən sonra artıq enerji səmərəliliyi 20%-dən çoxu yaxşılaşıb.

“Ekoloji cəhətdən dayanıqlı yanacaq və enerji mənbələrinə ehtiyac var. Bu yanacaqlara qarşı  tələbatı genişləndirmək və bununla da sıfır və sıfıra yaxın yanacaqların istehsalını və təchizatını artırmaq üçün birlikdə səy göstərə bilərik”,-deyə o qeyd edib.

Tədbir zamanı gəmiçilik panelində dövlət və özəl dəniz ekspertləri IMO-nun rəhbərliyi altında gəmilərin karbonsuzlaşdırılmasının müxtəlif aspektlərini müzakirə edib, o cümlədən dayanıqlı dəniz yanacağı standartlarının inkişafı, qlobal qaydalara ehtiyac, texnoloji innovasiyaların əhəmiyyəti və hökumətlər arasında əməkdaşlığın genişləndirilməsi ehtiyacını vurğulayıblar.