Solidarity Proqramının uğurları Brüsseldə təqdim edildi

69

30 noyabr – 1 dekabr tarixlərində Belçikanın Brüssel şəhərində keçirilən EurILCA-nın (Avropa ILCA Birliyi) illik toplantısında Azərbaycan Yelkən Federasiyasını təmsil edən vitse-prezident Burcu Algon Giorgianni xanım iştirak edib.

Burcu xanımın rəhbərlik etdiyi və 7 ildir həyata keçirilən Solidarity Proqramı çərçivəsində indiyə qədər 110 yelkənçinin Avropa çempionatlarında iştirakı təmin olunub. Toplantıda təqdim olunan Solidarity Proqramının hesabatı, Azərbaycan Yelkən Federasiyasının beynəlxalq arenada əldə etdiyi nailiyyətlərə xüsusi diqqət çəkdi.

Avropa ILCA Birliyinin nümayəndələri bu proqramın inkişafına və yelkən idmanında yaradılan geniş imkanlara görə Burcu xanıma və Azərbaycan Yelkən Federasiyasına təşəkkür və yüksək qiymət verdilər.

Bu uğur Azərbaycan yelkən idmanının beynəlxalq səviyyədə tanıdılması və idmançılarımızın dəstəklənməsi istiqamətində mühüm bir addımdır.

Source:https://www.facebook.com/sailingaze