Hazırda bərə və Ro-Ro tipli gəmilərimizlə Ələt (Bakı)-Türkmənbaşı-Ələt (Bakı) və Ələt (Bakı)-Kurık-Ələt (Bakı) istiqamətlərində sərnişinlərin daşınması həyata keçirilir. Biletlərin qiyməti Türkmənistan istiqamətində 50-60 dollar arası, Qazaxıstan istiqamətində 60-80 dollar arasında dəyişir.
Qeyd edək ki, hazırda xüsusi karantin rejimi ilə əlaqədar ölkəni tərk etmək üçün (hava yolu istisna) Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi tələb olunur.
Ətraflı məlumat üçün: https://www.asco.az/az/pages/3/141