Azərbaycan Yelkən Federasiyası Yosun Cup yarışında iştirak edəcək

82

10-14 dekabr 2024-cü il tarixlərində Türkiyənin Muğla vilayətinin Bodrum şəhərində keçiriləcək Yosun Cup Optimist yarışında Azərbaycan Yelkən Federasiyasının komandası da iştirak edəcək.

Komanda üzvləri arasında Nərgiz Məmmədova, Emel Məmmədli, Yağmur Həsənli, Amira Bayramova, Kamilla Həsənova və Ameliya Əliyeva yer alır. Komandaya rəhbərlik Burcu Algon Giorgianni, məşqçilik isə Panagiotis Papadakis tərəfindən həyata keçiriləcək.

Bu yarış, Azərbaycanlı gənc yelkənçilərin beynəlxalq arenada təcrübə qazanması və ölkəmizi layiqincə təmsil etməsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Yelkən Federasiyası idmançılarımızın uğurlu nəticələr əldə edəcəyinə inanır və onlara uğurlar arzulayır.

Yarış boyunca komandamızın performansını izləmək və dəstək olmaq üçün federasiyanın rəsmi səhifələrini və yarışın səhifəsini izləyin!

Source:https://www.facebook.com/sailingaze