Əməkdaşlarımızın əməyinin stimullaşdırılması istiqamətində davam edən “Ayın işçisi” adlı layihəmizin noyabr ayı üzrə seçimi müəyyən edilib.
Bakı Gəmiqayırma Zavodunun Gəmi gövdəsi şöbəsinin əməkdaşı Etibar Nəsirli 2024-cü il noyabr ayı üzrə “Ayın İşçisi” adına layiq görülmüşdür. O, gəmi inşası layihələrində məsul olduğu işlər üzrə əməyini əsirgəməmiş, yüksək məhsuldarlıq və peşəkarlıq göstərmişdir. Əməkdaşımızın səyləri materialların layihə cədvəllərinə uyğun olaraq vaxtında çatdırılmasını təmin etməkdə mühüm rol oynamışdır.
Həmkarımızı təbrik edirik!
Source:https://www.facebook.com/bakushipyard