Yosun Cup Optimist yarışına hazırlıq başladı!

52

Yosun Cup Optimist yarışına hazırlıq başladı!

10-14 dekabr 2024-cü il tarixlərində Türkiyənin Muğla vilayətinin Bodrum şəhərində keçiriləcək prestijli Yosun Cup Optimist yarışına hazırlıq məşqləri artıq start götürüb! Gənc yelkənçilərimiz yarış üçün yüksək motivasiya və əzmlə hazırlaşırlar. Bu beynəlxalq turnirdə hər iştirakçı öz bacarıqlarını nümayiş etdirəcək, komanda ruhunu gücləndirəcək və yeni təcrübələr qazanacaq.

Məşqlər zamanı həm fiziki hazırlıq, həm də strateji bacarıqlar üzərində xüsusi diqqət yetirilir. Qarşıdan gələn yarış, idmançılarımızın beynəlxalq arenada uğurlarını artırmaq üçün böyük fürsətdir.

Gənc yelkənçilərimizə uğurlar arzulayırıq!