Çin hazırda dünya üzrə gəmiqayırma sifarişlərinin demək olar ki, 65%-ni təşkil edən bazar lideridir.
“Seanews.az”-ın məlumatına görə, yunan brokeri “Intermodal”-ın yeni hesabatında belə deyilir.
“Intermodal”-ın 2024-cü ilin noyabr ayına olan məlumatına görə, Çinin gəmiqayırma üzrə sifariş kitabçası ümumi tutumu 224 milyon ton olan 3256 gəmi təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 37% və 2022-ci illə müqayisədə 72% çoxdur.
Bununla yanaşı, dünya üzrə sifarişlər 2023-cü ildən bəri 21% artıb.