Somalidə piratlar fəallaşa bilərlər

43

2025-ci ilin yanvar ayından Somali yaxınlığında piratlar fəallaşa bilər. 

“Seanews.az” bildirir ki, bu barədə “Ambrey” xəbərdarlıq edib. 

Əvvəlki illərdə fəallığın azalmasından sonra Somali piratlığının 2023-cü ildə canlanmağa başladığı deyilir. Təkcə 2024-cü ilin əvvəlindən dəniz quldurları “Lila Norfolk”, “Abdullah” və “Basilisk” adlı üç ticarət gəmisinə hücum ediblər.

Əsas təhlükə Puntland yarımmuxtar bölgəsində yerləşən dəniz quldurlarından gəlir. Onlar sahildən 800 dəniz milinə qədər məsafədə əməliyyatlar aparmağa qadirdirlər.

“Ambrey” xüsusilə vurğulayır ki, Hind okeanındakı ticarət gəmiləri yalnız hərbi-dəniz donanması gəmilərinin köməyinə arxalana bilməz, çünki onlar hadisə yerindən çox uzaq ola bilərlər. Bununla belə, silahlı mühafizəçilərin olduğu bir gəmi də quldurlar tərəfindən ələ keçirilməyib.

Qeyd edək ki, Husilərin Qırmızı dənizdəki hücumları səbəbindən əksər gəmiçilik şirkətləri gəmiləri Afrika ətrafına yönləndirib. Bu marşrutlar isə əsasən Somaliyə yaxın sulardan keçir.