2024-cü ilin yanvar-noyabr aylarında Finlandiyanın Hamina-Kotka limanının yük dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,3% azalaraq 12,1 milyon tona düşüb.
Bu barədə “Seanews.az” liman administrasiyasının məlumatına istinadən xəbər verir.
Hesabat dövründə 7,82 milyon tona ixrac yükləri işlənib ki, bu da 8,5% az deməkdir. O cümlədən, 11 ay ərzində ixrac üçün kağızının aşırılması 1,96 milyon ton (+8,2%), sellülozun aşırılması 1,32 milyon ton (-11,7%), toplu yüklərin aşırılması 1,89 milyon ton (-19,1%), maye yüklərin aşırılması 156,6 min ton (-48,7%) təşkil edib.
İdxal olunan yüklərin aşırılması 2% azalaraq 4,26 milyon tona düşüb. İdxal üçün 2,1 milyon ton (+2,1%) ağac, 393,5 min ton (+15,8%) toplu yüklər, 970,27 min ton (+5,1%) maye yüklər, 423,1 min ton (-35,8%) ümumi yüklər aşırılıb.
Tranzit aşırma 25,6% azalaraq 2,11 milyon tona, kabotaj yüklərin işlənməsi 32,1% azalaraq 131,24 min tona düşüb.
Hamina-Kotkanın konteyner dövriyyəsi 7,8% az – 522,29 min TEU olub.
Hesabat dövründə limana yük əməliyyatları üçün 2018 gəmi yan alıb ki, bu da gözlənildiyindən 3% azdır.