Türkiyədə eyni vaxtda üç korvet inşa edilir

50

Türkiyənin “İstanbul Denizcilik A.Ş” şirkətinin tərsanəsində üç “Milgem” sinif korvetinin (“Ada” tipli) eyni vaxtda tikintisinə start verilib.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, hər bir korvetin yükgötürmə qabiliyyəti təxminən 2500 ton, uzunluğu 99,56 metr, eni 14,42 metr, suya oturumu 3,94 metr, maksimal sürəti 26 düyün olacaq.

Heyəti 111 dənizçidən ibarət gəminin dənizdə qalma müddəti 14 gündür.

Ən müasir silahlarla təchiz ediləcək gəmilər Malayziya Hərbi Dəniz Qüvvələri üçün inşa edilir və 2027-ci ilin sonuna qədər təhvil verilməlidir.

“Seanews.az”