COP29-un nəticələri əsasında Azərbaycanın ekoloji hədəfləri

59

Dekabrın 13-də ADDA-da “Gəmi sürücülüyü” fakültəsinin   “Dəniz naviqasiyası” kafedrasının professor-müəllim heyətinin və tələbələrinin iştirakilə “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin 2024-cü il üçün Tədbirlər Planına uyğun olaraq toplantı keçirilib.

“Dəniz naviqasiyası” kafedrasının müdiri Həzi Nəbiyev ölkəmizdə keçirilmiş COP29 tədbiri,  Azərbaycanda “Yaşıl enerji”yə keçidin əhəmiyyəti barədə tələbələrə ətraflı məlumat verərək bildirib ki, Azərbaycana qlobal diqqətin yönəldilməsi regionun üzləşdiyi xüsusi ekoloji problemlər haqqında məlumatlılığı yüksəldəcək. Su qıtlığı, biomüxtəlifliyin itirilməsi kimi problemləri ön plana çıxarmaqla, COP29 bunların həlli üçün resursların ayrılmasını artıra bilər. O, işğaldan azad edilən ərazilərdəki ekoloji problemlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.   

Sonra kafedranın baş müəllimi Samirə Gözəlova “Yaşıl enerjiyə keçidin ekoloji cəhətdən üstünlükəri” mövzusunda çıxış edib.

Tədbirin sonunda mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

adda.edu.az