Bakı Limanı Gömrük-Biznes Forumunda Səlahiyyətli İqtisadi Operatoru statusu və sertifikatına layiq görülüb

111

Dekabrın 17-də “Gülüstan” sarayında Dövlət Gömrük Komitəsi-nin, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatı Milli Konfederasiyasının təşkilatçılığı və “BP” şirkətinin dəstəyi ilə “Gömrük-Biznes Forumu 2024” keçirilib. Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələrinin, aparıcı media qurumlarının rəhbərləri və digər rəsmi şəxslərin iştirak etdiyi forumda Bakı Limanının Baş Direktoru Taleh Ziyadov moderatorluq etmiş və mühüm müzakirələr aparılmışdır.

Qeyd edək ki, Səlahiyyətli İqtisadi Operator (SİO) layihəsi çərçivəsində SİO statusu və sertifikat alan təşkilatlardan biri kimi Bakı Limanı seçilib. Bu status Bakı limanının beynəlxalq ticarətdə etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyib.