Azərbaycan Texniki Universistetinin (AzTU – Azerbaycan Texniki Universiteti) Maşınqayırma və robototexnika fakültəsinin tələbələrinin Bakı Gəmiqayırma Zavoduna təcrübə səfəri təşkil olunub.
Bakı Gəmiqayırma Zavodunun Təlim və inkişaf bölməsinin rəhbərliyi və ixtisas rəhbərinin iştirakı ilə keçirilən səfərdə tələbələr zavodun ərazisində fəaliyyət göstərən müxtəlif istehsalat sahələri, təmir-bərpa sexləri ilə tanış olub, eləcə də onlara orada tətbiq olunan müasir sənaye avadanlıqları haqqında ətraflı məlumatlar verilib.