FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Xaçmaz şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib

2

20 dekabr tarixində Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Xaçmaz şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib.

Tədbirdə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov, Şimal Regional Mərkəzinin rəis müavini polkovnik Elnur Xanbabayev, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə, Agentliyin məsul əməkdaşları və Mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin nümayəndələri, sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının sədri Orxan Xəlilzadə çıxışında Assosiasiyanın sənaye təhlükəsizliyi mədəniyyətinin təşviqi və ətraf mühitin mühafizəsi üzrə maarifləndirmə işlərindən danışıb. Həmçinin Assosiasiyanın 7 saylı Bakı “ASAN xidmət” mərkəzində təhlükə potensiallı obyektlərə dair peşəkar xidmətlər təqdim etdiyini və bunun əhalinin sənaye təhlükəsizliyi ilə bağlı məsələlərdə effektiv dəstək almasına şərait yaratdığını bildirib.

Daha sonra tədbirdə texniki təhlükəsizlik üzrə problemlər və qabaqlayıcı tədbirlər müzakirə edilib, təkliflər səsləndirilib.

Source:https://www.facebook.com/profile.php?id=100091964569129