Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatı keçirilib. Çempionatın final yarışları Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə baş tutub.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 32 oğlan və 12 qız 5 kateqoriya üzrə mübarizə aparıb.
1974-cü ildə keçirilən turnirdə 3 kateqoriya üzrə mükafatçılar sırasında yer alan Azərbaycan badminton ailəsinin dəyərli üzvü Mahmud Məmmədov da fəxri qonaq qismində final qarşılaşmalarını izləyib.
Qalib və mükafatçıları gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov təltif ediblər.