Azərbaycanda dəniz nəqliyyatı ilə beynəlxalq daşımalar artıb

7

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 2 milyard 177,6 milyon ABŞ dolları dəyərində 2 milyon 364,6 min ton yük daşınıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən müvafiq olaraq 45,6 % və 12,9 % çoxdur.

Hesabat dövründə dəniz nəqliyyatı ilə 84,9 milyon ABŞ dolları (55,3 % az) dəyərində 74,1 min ton (illik müqayisədə 5,7 % çox) həcmində yük ixrac olunub. İdxal olunan yüklərin həcmi isə 2 milyon 290,4 min ton (13 % çox), dəyəri 2 milyard 92,6 milyon ABŞ dolları (56 % çox) təşkil edib.